Ermənilərin atdığı raket nəticəsində ölən videooperator torpağa tapşırıldı

Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonu ərazisinə raket atılması nəticəsində həlak olan videooperator Ehtiram İsmayılov dəfn edilib.

 

Dəfn mərasimində onun yaxınları, rayon ictimaiyyətinin nümayəndələri və kənd sakinləri iştirak edib.

 

E.İsmayılov yaşadığı Qarayusifli kənd qəbiristanlığında torpağa tapşırılıb.

 

Qeyd edək ki, ötən gün Ermənistanın Bərdəyə raket atması nəticəsində E.İsmayılov da daxil olmaqla 4 mülki şəxs ölüb, 10 nəfərdən çox şəxs yaralanıb.Report

Tarix: 28 Oktyabr 2020, 12:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin