Döyüş meydanında uduzan Ermənistan artıq müxtəlif bəhanələr gətirərək məsələyə başqa ölkələri cəlb etmək istəyir.
Pravda.az-ın xəbərinə görə, bunu Milli Qəhrəman, ehtiyatda olan polkovnik-leytenant Vahid Quliyev deyib.
O bildirib ki, Azərbaycan Silahlı Qüvvələri qarşısında tab gətirə bilməyən Ermənistan indi də Azərbaycanda təlim vaxtı gətirilən və bu günə qədər istifadə edilməyən, Türkiyənin F-16 təyyarələrinin ölkəmizdə olmasından narahatdır:
"Onlar bu məqsədlə münaqişəyə Rusiyanı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) cəlb etmək istəyir. Bu məqsədlə Türkiyə hərbçilərinin guya Azərbaycan tərəfdən döyüşdüyünü və F-16 təyyarələrinin Azərbaycanda döyüşlərə qatıldığını iddia edir, zaman - zaman bəyanatlar verirlər. Azərbaycan Prezidenti İlham Əliyev də çıxışlarında dəfələrlə bildirib və sübut edib ki, Azərbaycan Silahlı Qüvvələri döyüşlərdə nə Türkiyə hərbçilərindən, nə də F-16 təyyarələrindən istifadə edir. Həmin təyyarələr Türkiyə - Azərbaycan hərbi təlimlərində iştirak etmək üçün Azərbaycana gətirilib, stabilləşdirici qüvvə kimi saxlanılıb. Məqsəd odur ki, əgər prosesə 3-cü qüvvə müdaxilə edərsə, F-16 təyyarələrindən həmin vaxt istifadə ediləcək. Hal-hazırda bu F-16-lar istifadəsizdir. Sadəcə, bu məsələ Ermənistanı və bu ölkəni himayə edən dövlətləri narahat edir. Onlar istəyirlər ki, bu yolla Rusiya və digər ölkələri məsələyə cəlb edib status-kvonu bərpa etsin, münaqişəni yenidən uzatsınlar".
Milli Qəhrəman bildirib ki, əslində işğalçı dövlət hazırki dövrdə də başqa ölkələr tərəfindən silahlandırılır: "Bu fakt döyüşlər zamanı ortaya çıxdı. Bir aylıq müddət ərzində baş verən döyüşlərdə Azərbaycan Sİlahlı Qüvvələri tərəfindən məhv edilən və qənimət kimi götürülən silah-sursat, hərbi texnikaların sayı bir daha bunu sübut etdi. Azərbaycan Silahlı Qüvvələri Ermənistanın beynəlxalq kvotadan qat-qat artıq silah-sursat və hərbi - zirehli texnikalarını məhv edib, qənimət kimi götürüb. İqtisadi gücü olmayan Ermənistanda bu qədər silah, hərbi texnika haradandır? Deməli, müxtəlif ölkələr daimi olaraq Ermənistanı silahlandırır. Özlərinin cinayətlərini ört-basdır etmək üçün onlar diqqəti Azərbaycana yönəltmək istəyirlər".Trend
27 Aprel 04:26
27 Aprel 04:16
27 Aprel 04:13
27 Aprel 03:53
27 Aprel 03:49
27 Aprel 03:41
27 Aprel 03:38
27 Aprel 03:37
27 Aprel 03:30
27 Aprel 03:16
27 Aprel 02:55
27 Aprel 02:43
27 Aprel 02:31
27 Aprel 02:21
27 Aprel 02:11
27 Aprel 00:36
26 Aprel 23:23
26 Aprel 21:01
26 Aprel 21:00
26 Aprel 20:58
26 Aprel 20:35
26 Aprel 20:32
26 Aprel 19:56
26 Aprel 19:16
26 Aprel 19:10
26 Aprel 19:07
26 Aprel 19:07
26 Aprel 18:41
26 Aprel 18:37
26 Aprel 18:33
26 Aprel 18:31
26 Aprel 18:29
26 Aprel 18:20
26 Aprel 18:14
26 Aprel 17:46
26 Aprel 17:36
26 Aprel 17:25
26 Aprel 17:22
26 Aprel 16:39
26 Aprel 16:31
26 Aprel 16:27
26 Aprel 16:20
26 Aprel 16:09
26 Aprel 16:08
26 Aprel 16:00
26 Aprel 15:53
26 Aprel 15:51
26 Aprel 15:36
26 Aprel 15:28
26 Aprel 15:23
26 Aprel 15:22
26 Aprel 15:08
26 Aprel 15:06
26 Aprel 15:04
26 Aprel 15:03
26 Aprel 15:01
26 Aprel 14:53
26 Aprel 14:46
26 Aprel 14:25
26 Aprel 14:21
26 Aprel 14:16
26 Aprel 14:12
26 Aprel 13:54
26 Aprel 13:49
26 Aprel 13:21
26 Aprel 12:51
26 Aprel 12:50
26 Aprel 12:46
26 Aprel 12:38
26 Aprel 12:36
26 Aprel 12:34
26 Aprel 12:32
26 Aprel 12:26
26 Aprel 12:25
26 Aprel 12:18
26 Aprel 12:16
26 Aprel 12:12
26 Aprel 12:05
26 Aprel 11:45
26 Aprel 11:42
26 Aprel 11:34
26 Aprel 11:19
26 Aprel 11:15
26 Aprel 10:55
26 Aprel 10:46
26 Aprel 10:37
26 Aprel 10:31
26 Aprel 10:23
26 Aprel 10:20
26 Aprel 10:17
26 Aprel 10:09
26 Aprel 09:52
26 Aprel 09:50
26 Aprel 09:49
26 Aprel 09:42
26 Aprel 09:27
26 Aprel 09:18
26 Aprel 09:11
26 Aprel 08:59
26 Aprel 08:54
26 Aprel 08:51
26 Aprel 08:50
26 Aprel 08:46
26 Aprel 08:45
26 Aprel 08:43
26 Aprel 08:40
26 Aprel 08:38
26 Aprel 08:35
26 Aprel 08:31
26 Aprel 08:28
26 Aprel 08:25
26 Aprel 08:22
26 Aprel 08:18
26 Aprel 08:16
26 Aprel 08:15
26 Aprel 08:12
26 Aprel 08:09
26 Aprel 08:05
26 Aprel 08:02
26 Aprel 07:34
26 Aprel 06:43
26 Aprel 06:40
26 Aprel 01:46
26 Aprel 00:54
26 Aprel 00:49
26 Aprel 00:47
26 Aprel 00:44
26 Aprel 00:41
26 Aprel 00:31
26 Aprel 00:06
25 Aprel 23:02
25 Aprel 22:51
25 Aprel 21:25
25 Aprel 21:18
25 Aprel 20:52
25 Aprel 20:47
25 Aprel 19:47
25 Aprel 19:34
25 Aprel 18:51
25 Aprel 18:41
25 Aprel 18:39
25 Aprel 18:38
25 Aprel 18:36
25 Aprel 18:35
25 Aprel 18:32
25 Aprel 18:31
25 Aprel 18:29
25 Aprel 18:27
25 Aprel 18:26
25 Aprel 18:25
Ən son xəbərləri səhifəmizdən də izləyin