BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: "Əgər YAP-ın siyahısında adım olarsa..."

“Hər kəs istədiyi dairədən namizədliyini irəli sürə bilər. Qüdrət Həsənquliyevin də istənilən dairədən namizədliyini vermək imkanı və hüququ var. Buna qarşı çıxmaq doğru hal deyil”.

 

Pravda.az xəbər verir ki, bunu V çağırış Milli Məclisin deputatı Səməd Seyidov Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyevin onun deputat olduğu dairədən - 36 saylı Xətai dördüncü seçki dairəsindən namizədliyini verməsi xəbərinə münasibət bildirərkən deyib.

 

Səməd Seyidovun sözlərinə görə, onun özünün namizədliyini irəli sürüb-sürməməsi Yeni Azərbaycan Partiyasının  açıqlayacağı siyahıdan asılıdır: “Bildiyiniz kimi, YAP-ın üzvüyəm. Bu gün ərzində YAP-ın siyahısı açıqlanmalıdır. O zaman həmin siyahıda adımın olub-olmayacağını siz də biləcəksiz. Əgər YAP-ın siyahısında adım olarsa, o zaman hansı dairədən namizədliyimi verəcəyim də bəlli olacaq”.

 

Yayılan xəbərlərə görə, V çağırış Milli Məclisin deputatı Səməd Seyidov bu dəfə başqa dairədən namizədliyini irəli sürəcək. YAP-ın onu 106 saylı Tovuz-Qazax-Ağstafa dairəsinə göndərəcəyi söylənilir.Modern.az

Tarix: 25 Dekabr 2019, 10:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin