BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan vətəndaşları “McDonalds”ı niyə boykot edir? - FOTO

“McDonalds”ın Azərbaycandakı rəsmi səhifəsi Qarabağla bağlı dəstək postunu silib.

 

Pravda.az-ın xəbərinə görə, bir müddət əvvəl şirkət “Qarabağ Azərbaycandır” – deyə paylaşım etsə də ermənilərin boykotundan sonra postu silib.

 

Paylaşımı sildikdən sonra açıqlama verən şirkət siyasətə qarışmadığını, əsas amallarının insanları qida ilə təmin etmək olduğunu bildirib:

 

“Bütün dünya üzrə “McDonalds” öz qapılarını hər kəsin üzünə açaraq dadlı yeməklər təqdim edir və xidmət etdiyimiz bütün insan qrupları üçün məsuliyyətli partnyor kimi fəaliyyət göstərir. Bir müddət bundan əvvəl sosial şəbəkələrdəki səhifələrimizdən bəzi postları silməkdə bir məqsədimiz var - əsas amalımıza, yəni insanları qida ilə təmin etmək fikrinə sadiq qalmaq. Cari dəyişkən zamanda bunun önəmi xüsusilə yüksəkdir və biz təşəbbüsü dəstəkləyən növbəti xeyirxah addımlarımız barədə məlumatları tezliklə açıqlayacağıq. İstəyimiz odur ki, insanların bir yerdə toplanaraq yemək və xoş anları birlikdə paylaşa biləcəkləri bir məkan yaradaq”.

 

Şirkətin bu addımı birmənalı qarşılanmayıb, sosial şəbəkələrdə bəzi vətəndaşlar “McDonalds”ı boykot etməyə səsləyib.

Fotoları təqdim edirik
Tarix: 29 Oktyabr 2020, 10:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin