Müdafiə Nazirliyi növbəti qəhrəman əsgərimiz barədə video hazırlayıb.
Azərbaycanın bu hərbi qulluqçusu düşmənin üç zirehli texnikasını məhv edib
Nazirlikdən verilən məlumata görə, videoda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Əhmədzadə Qarabəy Əhməd oğlunun vətənimizin bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirakından bəhs olunur.
İgid hərbi qulluqçumuz döyüşlər zamanı top komandiri olaraq, düşmənin üç zirehli texnikasını məhv edib.