"Təhsil haqqının dövlət tərəfindən ödənilməsi üçün ötən il sosial həssas qrupdan olan  15 min tələbə müəyyənləşib”.  

Pravda.az-ın məlumatına görə, bunu xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər üzrə keçirilən brifinqdə Təhsil naziri Emin Əmrullayev bildirib.

Nazir bildirib ki, bu il də yuxarı kurs tələbələrinin müraciətinə təkrar baxılıb və  qiymətləndirilib.