Tanınmış fitness məşqçisi Kamil Zeynallı hospitalda olan əsgərlərimizi ziyarət edib.
Kamil Zeynallıdan xəbər var - FOTO
Pravda.az xəbər verir ki, bu barədə idmançı özü məlumat verib. O, görüntüləri sosial şəbəkə hesabında paylaşaraq Respublika Klinik Xəstəxanasındakı yaralı əsgərlərə baş çəkdiyini, onlarla həmsöhbət olduğunu, hal-əhval tutduğunu qeyd edib:
“Hospitala qazi əsgərlərimizə dəstək üçün hamısının otağına 30 ədəd televizor və yeni qab-qaşıqlar gətirdik. Həmin televizorda İnşallah, qələbə xəbərlərini eşidərlər və ağrı-acılar hamısı keçər. Həkimlərimizə diqqətlərinə görə təşəkkür edirəm, əsgərlərimizə çox gözəl baxırlar. Əsgərlərimizə də tez sağalmağı arzu edirəm. ”.