BURADA REKLAMINIZ OLA
BİLƏR

“Biz sizin Avropada etirazçıları necə döydüyünüzə baxırıq”

Prezident İlham Əliyev Almaniyanın ARD televiziya kanalına müsahibəsi zamanı jurnalisti mat vəziyyətində qoyduğu daha bir dialoq yaşanıb.

 

Pravda.az-ın xəbərinə görə, bu dəfə jurnalist Prezidentə Azərbaycandakı demokratik vəziyyətlə bağlı sual verib.

 

Həmin dialoqu təqdim edirik:

 

Jurnalist: Siz Azərbaycanı demokratiya nümunəsi adlandırardınız?İ

 

İlham Əliyev: Xeyr, heç vaxt. Siz öz ölkənizi demokratiya nümunəsi adlandırarsınız?

 

Jurnalist: Müəyyən mənada, bəli.

 

İlham Əliyev: Lakin siz müxalifətin nümayişlərinə qadağa qoyursunuz.

 

Jurnalist: Xeyr, belə deyil.

 

İlham Əliyev: Bəli, bəli. Nümayiş keçirmək istəyən ekstremist - adını unutmuşam. Siz onlara qadağa qoydunuz.

 

Jurnalist: Mən bu barədə bilmirəm. Demək istəyirəm ki, hətta koronavirus dövründə də etirazlar keçirirdilər.

 

İlham Əliyev: Xeyr, koronavirus dövründən əvvəl idi. Biz nümunə deyilik və özümüzü bu cür göstərmirik. Lakin özlərini sanki belə göstərən ölkələr var, amma onlar etirazçıları qətlə yetirirlər. Siz “sarı jiletlilərin” etirazlarında neçə nəfərin qətlə yetirildiyini bilirsinizmi? Bilirsiniz, 10-dan çox adam qətlə yetirilib.

 

Jurnalist: Amma biz Fransa barədə danışmırıq.

 

İlham Əliyev: Xeyr, gəlin, Avropa barədə danışaq.

 

Jurnalist: Azərbaycan barədə...

 

İlham Əliyev: Xeyr, gəlin özlərini guya demokratmış kimi aparanlardan danışaq. Biz özümüzü elə aparmırıq. Bəli, bizim çatışmazlıqlarımız var.

 

Jurnalist: Mən cənab Makrondan bu barədə soruşaram.

 

İlham Əliyev: Lakin etirazçılar qətlə yetirilirlər, küçədə etirazçıları qətlə yetirirlər – 10 nəfər qətlə yetirilmişdi. Biz sizin Avropada etirazçıları necə döydüyünüzə baxırıq, siz onları atlarla döyürsünüz, itləri gətirirsiniz və bu, demokratiya hesab olunur.

 

 

Tarix: 31 Oktyabr 2020, 15:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin