İşğalçı Ermənistanın atdığı addımlar beynəlxalq hüquqa, ədalət prinsiplərinə ziddir. Ermənistan dövlət olaraq hər zaman açıq-aydın işğalçılıq siyasəti həyata keçirib. Düşmənin son təxribatları hərbi cinayətdir.
Bu fikirləri Milli Məclisin deputatı Jalə Əliyeva deyib.
Millət vəkili bildirib ki, Ermənistan bu günə qədər BMT qətnamələrini, Cenevrə konvensiyasının prinsiplərini dəfələrlə pozub:
"İşğalçı dövlət beynəlxalq hüquqla müəyyənləşdirilmiş qaydalara əməl etmir. Bu gün Ermənistan insanlığa qarşı cinayət aktları həyata keçirir. Düşmən Gəncədə, Bərdədə, Tərtərdə aramsız olaraq mülki obyektləri, dinc insanları hədəf alır. Düşmən tərəfindən qadağan olmuş silahlarla dinc insanların hədəf alınması insanlığa qarşı qətliam, hərbi cinayətdir. Bu gün Azərbaycan Ordusuna döyüş meydanında cavab verə bilməyən ermənilər silahlarını mülki şəxslərə qarşı yönəldir, öz tarixi xislətinə sadiq qaldığını nümayiş etdirir”.