Teleaparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkələrdə qalmaqala səbəb olan çıxışı ilə bağlı açıqlama verib.
Pravda.az teleaparıcının sözügedən açıqlamasını təqdim edir: "Sosial şəbəkələrdə ictimai nüfuzuma xələl gətirmək istəyən bir qrup peyda olub. Yəqin məni təhqir etmək, ictimai nüfuzuma zərbə vurmaq tapşırığı alıblar.
Unutduqları bir şey var, bütün efirlərimiz arxivdə saxlanılır və paylaşıram, izləyin!!!! 26 ildir artıq mən bu savaşdayam, bu və ya digər formada peşəkar fəaliyyətimə mane olanlar olub, var və olacaqlar da...
Təbii ki, bu günlərdə də bu cür naqisliklərlə qarşılaşıram. Bu kampaniyaya sifarişin də hardan gəldiyini biıirəm. Ancaq bu gün gözümüzün, qəlbimizin Qarabağda olduğu vaxtda erməni dəyirmanına su tökənlərdən yazmagı özümə rəva bilmirəm. İndi vaxtı deyil, yəqin ki, siz də mənimlə razısınız. Sizə söz verirəm ki, müharibə bitsin düşməndən qisasımızı alaq, o şəxslərlə baglı açıqlama verəcəm. Hələlik isə bu ləkələmə, iftira kampanyasını aparanlaradı sözüm - Dayanın!