"Johnson&Johnson rəsmi nümayəndələrinə müraciət edirəm! Təcili mərkəzi rəhbərliyinizdən bu səhvi düzəldib üzr istəmələrini tələb edin, əks təqdirdə sizin məhsulların Azərbaycanda yeri yoxdur".

Pravda.az-ın xəbərinə görə, bu çağırışla hüquqşünas Aslan İsmayılov çıxış edib.

"Gəlib Azərbaycanda pul qazanacaqsınız, həmin pulları düşmənə göndərəcəksiniz, hələ bir bizim işğal altında olan torpaqlarımıza da "artsax" deyəsəksiniz. Rəsmi üzr olana qədər Johnson&Johnson məhsullarından imtina etməyinizi xahiş edirəm. Bir daha təkrarlayıram, Xalq olaraq bizə olan münasibətə adekvat reaksiya verməliyik. Bu günlər xüsusilə Türk məhsullarına üstünlük verin!" - A.İsmayılov bildirib.