"Vətən müharibəsinin taleyini "Facebook" əhli krossvord yarışına çevirib. Biri yazır, mən Şuşa deyirəm, o birisi yazır, Ağdam olacaq...
Səngərin soyuqluğunu bir gün də hiss etməyən, topun-mərminin səsini eşitməyənlər isti evində oturub, çay ilə mürəbbə yeyə-yeyə Şuşadan, nə bilim, Ağdərədən dəm vururlar...".

Pravda.az-ın xəbərinə görə, bunu jurnalist Eynulla Fətullayev deyib.

"Siz heç bilirsiz, səngər və müharibə nədir??? (Bəri başdan yazım ki, ehtiyyatda olan baş leytenant, Ağdərənin Gülüstan kəndini 2 il düşməndən müdafiə etmiş zabit kimi, mən bilirəm bu nə deməkdir!) Belələrini gördükcə və oxuduqca bloklayıram. Heç utanmırsız?!
Bu gün biz yalnız bir amal haqqında düşünüb-yaza bilərik, əsgərimizin sağlamlığı, döyüş əzmi və uğuru!"