"Mən qəhrəman Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatlarını izləyirəm. Biz hamımız həyəcanlıyıq. Mən arzu edirəm ki, Azərbaycanın ərazi bütövlüyü tezliklə bərpa olunsun və biz hamımız Qələbə Gününü qeyd edək".
Rəsulzadənin nəvəsi: “Hamımız həyəcanlıyıq”
Pravda.az-ın xəbərinə görə, bunu Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olan Məmməd Əmin Rəsulzadənin nəvəsi, Əməkdar rəssam Rəis Rəsulzadə deyib.
"Əsas məsələ Qarabağımızın azad edilməsidir. Əminəm ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə biz buna tezliklə nail olacağıq. Qarabağ-Azərbaycandır", - deyə o vurğulayıb.