ABŞ-ın “Washington Times” qəzetinə müsahibəsində Azərbaycan səfiri Elin Süleymanov son zamanlar bəzi mətbu orqanlarında guya ki, Azərbaycan və Ermənistan arasında gedən döyüşlərdə suriyalı muzdluların iştirak etməsi kimi qərəzli və əsassız iddialara cavab verərək bunun Sovet sayağı propoqanda olduğunu bildirib.
Azərbaycanın ABŞ-dakı Səfirliyindən verilən məlumata görə, səfir qeyd edib ki, Ermənistan tərəfinin bu kimi cəfəng iddialar yaymaqda əsas məqsədi üçüncü tərəfi münaqişəyə birbaşa cəlb etmək üçün bəhanə yaratmaqdır. Səfir “Waşinqton Post” və digər mətbu orqanlarında yayılan məlumatların faktlara əsaslanmamasını, eləcə də döyüşlərin başlamasından 1 ay müddət keçməsinə baxmayaraq, bu iddiaların heç bir sübutunun tapılmamasını vurğulayıb. Azərbaycan silahlı qüvvələrinin belə döyüşçülərin köməyinə ehtiyacı yoxdur, - deyə səfir bildirib.