Dağlıq Qarabağdakı separatçıların lideri Araik Arutyunyanın səhra hospitallarından birində yardım göstərilməsinə dair videogörüntü yayılıb.
Pravda.az xəbər verir ki, erməni sosial şəbəkə istifadəçilərinin paylaşdığı videoda hərbi mundirdə yaralı halda bir hərbçiyə tibbi yardım göstərildiyi əks olunub. Bu videonu paylaşan ermənilər iddia edirlər ki, hərbi mundirdə ağır yaralı olan şəxs Dağlıq Qarabağdakı separatçıların lideri Araik Arutyunyandır.