"Sosial şəbəkələrdə guya Xoşqədəm Hidayətqızının Xəzər TV-nin efirindən Talış xalqı haqqında xoşagəlməyən ifadə işlətməsi xəbərini ciddi araşdırdım və bildirirəm ki, bu, düşmən tərəfindən yayılan təxribatdır".

Pravda.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov deyib.

"Xahiş edirəm, bu cür təxribatlara uymayın və bu xəbərləri yayanlar da təcili səhifələrindən yığışdırsınlar. Bugünkü həssas məqamda belə paylaşımlara çox diqqətlə yanaşmaq və ancaq araşdırdıqdan sonra münasibət bildirmək lazımdır" - A.İsmayılov bildirib.