Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydası dəyişir.
Pravda.az-ın məlumatına görə, bu, Milli Məclisin növbəti plenar iclasında birinci oxunuşda müzakirəyə çıxarılacaq “Dövlət qulluğu haqqında” qanun layihəsində əksini tapıb.
Qanun layihəsinə əsasən, dövlət qulluqçusunun cari fəaliyyətinə nəzarətin həyata keçirilməsi, onun potensial imkanlarının aşkara çıxarılması və həmin imkanlardan istifadə edilməsi, dövlət qulluqçusunun peşə səriştəliyini artırmağa stimullaşdırılması və onun əlavə təhsilə ehtiyacının, habelə tutduğu vəzifəyə uyğun gəlib-gəlmədiyinin müəyyənləşdirilməsi məqsədilə hər təqvim ilinin sonunda inzibati vəzifə tutan dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi həyata keçiriləcək.
Eyni zamanda, ali kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin ali-üçüncü təsnifatlarına uyğun dövlət qulluğu vəzifələrini tutan dövlət qulluqçularının, stajçı kimi və sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilmiş şəxslərin, habelə təqvim ilinin sonunadək müvafiq vəzifədə faktiki olaraq 6 aydan az müddətdə qulluq keçən dövlət qulluqçularının xidməti fəaliyyəti qiymətləndirilməyəcək.
Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi onun bilavasitə rəhbəri tərəfindən həyata keçiriləcək.
Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi qiymətləndirmə forması əsasında aparılacaq. Qiymətləndirmə forması dövlət qulluqçusunun təqvim ili ərzində yerinə yetirməlui olduğu tapşırıqlar (hədəflər) və və qanunda göstərilən meyarlar habelə əmək intizamı nəzərə alınmaqla tərtib ediləcək, tapşırıqların (hədəflərin) və meyarların mühümlük dərəcəsi bilavasitə rəhbər tərəfindən müəyyən ediləcək.
Tapşırıqlar (hədəflər) dövlət qulluqçusunun il ərzində icra etməli olduğu mühüm işlərdir. Tapşırıqlar (hədəflər) dövlət qulluqçusunun qulluq keçdiyi struktur bölmənin fəaliyyət istiqamətlərinə uyğun və dövlət qulluqçusunun qulluq funksiyaları çərçivəsində olmalıdır. Tapşırıqların (hədəflərin) icra müddəti dəqiq müəyyən edilməli, ölçüıə və yerinə yetirilə bilən olmalıdır. Hər bir tapşırığın (hədəfin) icra edilməsindən gözlənilən nəticə müəyyən edilməlidir.
Qanun layihəsində dövlət qulluqçusunun il ərzində fəaliyyətinin hansı meyarlar əsasında qiymətləndiriləcəyini də müəyyən edib.
Beləliklə, bunlar aşağıdakılardır:
- peşə bilikləri;
- qulluq (xidməti) vəzifələrinə münasibət;
- təhlil aparmaq, problem həll etmək və qərar vermək bacarığı;
- yaradıcılıq və təşəbbüskarlıq;
- iş təcrübəsi və onu bölüşmə;
- kollektivdə işləmək və ünsiyyət bacarığı;
Həmçinin qanun layihəsinə əsasən, rəhbər vəzifə tutan dövlət qulluqçularının fəaliyyəti isə yuxarıda göstərilənlərə əlavə olaraq, aşağıdakı meyarlar əsasında qiymətləndiriləcək:
- proqnozlaşdırma;