Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Erməni təcavüzü nəticəsində 50 məktəbə ciddi ziyan dəyib, tədris binaları yararsız hala düşdü

1 505
Paylaş:
Erməni təcavüzü nəticəsində 50 məktəbə ciddi ziyan dəyib, tədris binaları yararsız hala düşdü

Təhsil Nazirliyi 27 sentyabr-2 noyabr tarixlərində Ermənistan Silahlı Qüvvələrinin təcavüzü nəticəsində dağıntılara məruz qalan məktəblərin sayını açıqlayıb.

Nazirlikdən verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin 27 sentyabr tarixindən başlayaraq ölkəmizə qarşı hərbi təcavüzü nəticəsində 50 ümumtəhsil məktəbinə ciddi ziyan dəyib, tədris binaları yararsız hala düşüb.

Ümumilikdə dağıtılara məruz qalan ümumtəhsil müəssisələrindən 14-ü Ağdam, 14-ü Tərtər, 8-i Gəncə, 5-i Füzuli, 3-ü Kəlbəcər, 3-ü Goranboy, 1-i Bərdə, 1-i Ağcabədi, 1-i Goranboy məktəbləridir.

Paylaş:

Ən son xəbərlər