BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Bəlkə Qarabağ müharibəsini udmuşuq...”

“Nə üçün bizim hərbi büdcəmiz 2023-cü ilə qədər 1,1 milyard azalır?! Bəlkə Qarabağ müharibəsini udmuşuq, yaxud daha hərbi əməliyyatlar keçirməyəcik? Yoxsa hərbi avadanlıqlar almağa artıq ehtiyac qalmayıb? sosial sahəyə ayrılan vəsaitin artırılması sevindiricidir: “Ancaq müdafiə sahəsinə daha çox vəsait ayırmaq lazımdır”.

 

Pravda.az xəbər verir ki, bunu deputat Tahir Kərimli Milli Məclisin bu gün keçirilən plenar iclasında dövlət büdcəsinin müzakirəsi zamanı deyib.

 

Deputat Ağsu-Şamaxı aşırımına vəsaitin ayrılmasını təklif edib: “10 illərdir ki, Ağsuya avtobus girib-çıxmır. Nə üçün insanlar 20 km-lik əraziyə gəlin köçürəndə 150-200 km yol fırlanıb cehiz aparmalıdır. Bu seçicilərin mənlə görüşəndə səsləndirdiyi problemlərdir və həll olunması yaxşı olardı”.

 

T.Kərimli qeyd edib ki, maliyyə amnistisiyasının verilməsi məqsədəuyğun olar.

Tarix: 13 Noyabr 2019, 12:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin