Azərbaycan Texniki Universitetinin (AzTU) Doktorantura şöbəsinin müdir müavini Abik Çaruxçev uzun sürən xəstəlikdən sonra 67 yaşında vəfat edib.
AzTU-dan verilən məlumata görə, Abik Çaruxçev 1953-cü ildə Bakıda anadan olub. 1975-ci ildə Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Fizika fakültəsini bitirib. 1977-ci ildə AzTU-nun Aspirantura şöbəsinin rəisi vəzifəsinə təyin edilib.