BURADA REKLAMINIZ OLA
BİLƏR

“Avromed”in sabiq rəhbəri yenidən deputat olmaq istəyir

V çağırış Milli Məclisin deputatı Cavanşir Feyziyev 2020-ci ilin fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək.

 

Pravda.az-ın xəbərinə görə, C.Feyziyev namizədliyini 115 saylı Şəki kənd ikinci seçki dairəsindən irəli sürüb.

 

Onun namizədliyinin irəli sürülməsi təsdiqlənib, imzatoplama kampaniyasına başlayıb.

 

Qeyd: C.Feyziyev əvvəllər “Avromed” MMC-nin rəhbəri olub. Şirkət Azərbaycan səhiyyə sisteminin müalicə və müayinə qurumlarını, özəl klinikalarını əczaçılıq məhsulları ilə təmin edir.

Tarix: 26 Dekabr 2019, 11:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin