BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: "Əgər", "yoxsa", "amma" bağlayıcıları ilə ifadə edilən mövqe qəbuledilməzdir

"Bu günə qədər Türkiyə, Pakistan və İran İslam Respublikası Azərbaycanın işğal altında olan torpaqları ilə bağlı ortaya konkret mövqe qoyub. Adı çəkilən ölkələr birmənalı olaraq deyib ki, Ermənistan işğal etdiyi torpaqları qaytarmalıdır. Ermənistan imtina ediyi halda Azərbaycan beynəlxalq hüquq normaları və BMT-nin qəbul etdiyi qətnamələrə söykənərək öz torpaqlarını azad etmək hüququna malikdir".

Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Razi Nurullayev deyib.

R.Nurullayev qeyd edib ki, "əgər", "yoxsa", "amma" bağlayıcıları ilə ifadə edilən mövqe qəbuledilməzdir: "Dünya ölkələri və beynəlxalq qurumlar bu dövlətin işğalçı hərbi-siyasi rəhbərliyinin şirniklənməməsi üçün Ermənistanın işğalçılıq siyasətini pisləməlidir. Hər kəs bilsin ki, dünya separatizmi və işğalçı siyasətı dəstəkləmir. Buna görə də birmənalı deyin ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmalıdır. Beynəlxalq hüquq və BMT-nin qəbul etdiyi qətnamələrə uyğun olaraq çıxmasa, Azərbaycan hərbi yolla öz ərazilərini işğaldan azad etmək üçün davam etmək hüququnu özündə saxlayır".

Tarix: 5 Noyabr 2020, 21:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin