Başa düşürəm, hamımız gördüyümüz ədalətsiz münasibətdən qəzəbliyik.
Müharibənin nəticələri artıq bəllidir, bütün beynalxalq qurumlar və ölkələr bizim ərazi bütövlüyümüzü tanıyır, Ermənistana deyirlər ki, çıx o torpağlardan, sənə bəraət qazandırmaq çətinləşir,
Təlxək Vovayeviç isə hətta o başı batmış baza prinsiplərində göstərilən ərazilərdən belə çıxmaq istəmir öz xoşuna.
Hərçənd, çox gözəl anlayır ki, iş işdən keçib, qızın üzünü açıblar.
Yəni, faşistcəsinə öz vətəndaşlarını mənasız ölümə göndərir, qurban verir onları.
Üstəlik, sonra kontrol edə bilməyəciyi quldur dəstələrini gətirir Yaxın Şərqdən.
Heç gizlətmirlər də, açıq bəyan edirlər, Düşük Kablukoviç özü də müsahibəsində demişdi ki, xaricdən “könüllülər" gəlir.
Lakin bütün bunlara baxmayaraq, informasiya müharibəsində hələ də bizə hücumlar gedir, bizi “niprav" çıxarmaq istəyənlər var.
Biz də bunları görüb əsəbləşirik.
Elədir, dəhşətə gəlirsən hərdən ki, axı belə də yox da!
Amma bir şeyi nəzərə alın.
Bizim Qələbəmizdən sonra bütün bu ittihmlar unudulacaq, bizimlə dostluq etmək istəyənlərin sayı artacaq, bu gün nəm-nüm edənlər qapımızı döyəcək, köhnə dostlar daha yaxın, yeni dostlar isə daha həvəsli olacağlar.
Hətta bü gün ağızlarına su alıb susan həmvətənlərimiz belə növbəyə düzüzləcəklər ki, sən canı mənə bir dənə priqlasıtelni tap, Qələbə Paradında tribunada oturum, məni görsünlər.
Şən və hazırcavab ağsaqqalardan tutmuş, burda VİP-lərdə qarşılanan, kəbab-ikradan müftə yeyənlərə qədər, hamısı dərhal kiflənmiş sinələrinə döyəcəklər.
Həyatın qanunları, istər siyasət olsun, istər heyvan aləmi olsun, istər insan dünyası, çox qəddardır.
Hamı ətrafında uğurlu, güclü, imkanlını yoldaş görmək istəyir.
Vətən Müharibəmizdə Qələbəmiz dünya xəritəsində bizim yerimizi o qədər gücləndirəcək ki, bütün bu cür media hücumlarını vecimizə də almayacayıq.
Döyüş təcrübəsi keçmiş, müasir silahlarla silahlanmış, XXI əsrin müharibəsində yeni standartlar tədbiq etmiş, qalıb çıxmış 100 minlik ordusu olan ölkə özünə dabl hörmət qazanmış olur.
Üstə gəl pul-para, üstə gəl enerqetika sahəsində nəhəng beynalxalq layihələr, üstə gəl Türkiyə ilə qardaşlıq - bəh bəh, kim istəməz beləsinə ərə getsin?
Ermənistanın isə aqibəti həmin bu qəddar qaydalarla tənzimlənəcək.
Yetimə gəl-gəl deyən çox olar, əppək verən az.
Dağılmış iqtisadiyat, müharibə xərclərininə dözməyən büdcə, əhalinin acınacağlı durumu, məğlub olan ölkə imici - kimə lazım beləsi?
Yox, əlbəttə, yenə də başlarından sığallayacağlar, amma real münasibət üzücü olacaq Ermənistan üçün və heç bir diaspora ölkəni böhrandan xilas edə bilməyəcək.
Nə iqtisadi böhrandan, nə siyası.
Hələ görün nə həngamə başlanacaq Qarabağdan qaçan ordu qalığları Yerevana qələndən sonra.
Əsl kansert onda başlayacaq cəbhəyə gedib çatmayan Annanın əri üçün.
Bəli, üzlərinə güləcəklər, vay-vay axper can, savetanem deyəcəklər, amma təklikdə üzlərinə vuracağlar ki, yaxşı, bir dəfə döyüldüz, “qenosid" məsələsi ilə kövrəltdiz bizi, ağlaşma qurdunuz, biz də əlimizə qətvə alıb qoşulduq sizə.
Amma sizin döyülmə party-niz təkrarlanırsa, yenə də başınızdan qapaz alırsınızsa, bəlkə problem sizdədir?
Bəlkə sizsiniz günahkar? Bəlkə sizsiniz gələcəyə baxmaq əvəzinə hamı ilə torpaq davası döyən?
Bəlkə “samıdrevni" ambisiyalarınızdır sizi növbəti uçuruma aparan?
Necə olur ki, elə sizin ətrafınızda daim problem yaranır, həmişə də hamı sizə borcludur?
Odur ki, çox da şey eləməyin, əsəblərinizi qoruyun, bizim gücümüz azad olunan torpağların bərpasında lazım olacaq, hər sahədə.
Qələbəmizi qazanaq, sonraki məsələlərin hamısı düzələndir…
Azər Qəribov
Jurnalist
"Necə olur ki, elə sizin ətrafınızda daim problem yaranır, həmişə də hamı sizə borcludur?"