Qarabağdakı qondarma rejimin “ombudsmanı” Artak Beqlaryan erməni xalqına müraciət edib.
Azərbaycanı “təcavüzdə” günahlandıran separatçı bildirib ki, göstərilən səylərin nəticə verməməsi onu istefa barədə düşünməyə vadar edir. “Biz ancaq özümüzə, öz müdafiəçilərimizə inanmalıyıq, əks halda hər şeyi itirəcəyik. Gəlin kiminsə bizə kömək edəcəyini düşünməyək. Hətta bizə kömək edəcəklərsə də, bu, siyasi maraqlara görə olacaq, bizim xahişimizə görə yox”, Beqlaryan deyib. “Ombudsman” deyib ki, o, çoxsaylı media orqanlarına müsahibələr verib və müxtəlif ölkələrin səfirləri ilə görüşüb. Həmçinin iddia edib ki, toplanmış faktlar beynəlxalq ictimaiyyətin mühakiməsinə təqdim edilib. Qarabağ terrorçularının sadiq müdafiəçisi də Türkiyə və Azərbaycanı ittiham edib.