"Dəyərli Azərbaycan xalqım, bildiyiniz kimi ölkəmizdə yaranmış vəziyyətlə bağlı paylaşımlar edib, bacardığım qədər vətənimizin haqlı mübarizəsini dünyaya çatdırıb dəstəkləmişəm. Artıq 10 gündən çoxdur ki, işimlə bağlı nə qədər məcbur olsam da, paylaşımlar etmirəm".
Müğənni: “Sənətimlə bağlı paylaşım etməyə məcburam, xalqımızdan xahişim məni başa düşmələridir”
Pravda.az xəbər verir ki, bu sözləri Rusiyada məşhurlaşan azərbaycanlı "Cony" ləqəbli müğənni Cavid Hüseynli sosial şəbəkədə yazıb.
Sənətçi hər dəfə Azərbaycanla bağlı paylaşımlar etmədiyi üçün onu tənqid edənlərə müraciət edib: "Sənətimlə bağlı paylaşım etməyə məcburam. Xalqımızdan xahişim məni başa düşmələridir, bu, mənim işimdir. Hər qarış torpağımızın işğaldan azad olunduğu xəbərini eşidəndə şiddətli sevinc hissi ilə yanaşı qürur hissi də yaşayıram ki, mən azərbaycanlıyam. Ümid edirəm ki, Ali Baş Komandanımızın rəhbərliyi altında işğal olunmuş ərazilərimiz tam azad olunacaq və Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək. Hər zaman ölkəmin yanındayam, Allahdan şəhidlərimizə rəhmət və ailələrinə səbir diləyirəm. Biz birlikdə güclüyük. Qarabağ Azərbaycandır!"