Məzmuna keç
Pravda.az — xəbər portalı
Cəmiyyət

“İçimizdə yatan aslanı oyatmışıq”

1 424
Paylaş:
“İçimizdə yatan aslanı oyatmışıq”

Bu gün Azərbaycan Televiziya və Radio işçilərinin peşə bayramıdır. Peşəsindən asılı olmayaraq hər birimizin arzusu, amalı qələbə xəbəri eşitməkdir. Bu xəbəri tamaşaçılara çatdırmaq, oxucularla bölüşmək isə ayrı bir dünyadır. Mavi ekrandan tamaşaçıların evinə qonaq gələrək illərdir həsrətində olduğu xəbərin müjdəçisi olmaq xüsusi bir hissdir. Bu gün hər bir televiziya və radio işçiləri qələbə xəbəri ilə bir-birini təbrik edir.  Bu təbrikə Moderator.az da qoşularaq aparıcı, aktrisa Günel Həmidova ilə söhbətləşirik. Uzun müddətdir ki, film və seriallarımızda baş qəhrəmanları canlandıran müsahibimizi son illər aparıcı kimi daha çox görürük.  Müsahimiz deyir ki, bu sənət onu başqa bir dünya ilə tanış edib.

- Bu gün hamımızın bir mövzusu var - Qarabağ. Biz evimizə qayıdırıq.

- Əslində bu mövzu 30 ildir ki, bizimlədir. İndi yaddaşlarımızı bir az da təzələsək  görərik ki, 30 ildir ən ümdə arzumuzun, xoş diləklərimizin içində məhz bugün var olub. Belə ki, bayramlarımızda, əlamətdar günlərimizdə, ən gözəl arzularımız “O gün olsun, bu günü Qarabağda qeyd edək”- lə başlayıb. 30 ili bu arzularla ötüşdürmüşük. İndi biz evimizə qayıdırıq. Bu mövzu hər zaman ürəyimizdə yara bağlayıb. Hər birimiz vətənimizin keşiyində dayanmaq üçün səfərbər olmuşuq. Hamımız bir amal uğrunda mübarizə aparırıq. Artıq içimizdə yatan aslanı oyatmışıq. Bu gün aslan ürəkli oğul və qızlarımız ön, arxa cəbhədə vətənin müdafiəsinə qalxıb. Bu oyanışda ali baş komandanımız cənab İlham Əliyevin yürütdüyü siyasətin müstəsna xidməti var. Biz neçə ildir ki, bu günü gözləyir və bu arzu ilə yaşayırdıq. Çox az qalıb, qısa müddət ərzində obamıza geri dönəcəyik. Bizə bu sevinci yaşadan Azərbaycanın rəşadətli, mərd oğullarına təşəkkür edirəm. Onların sayəsində qısa  zaman ərzində tam qələbə sevinci ilə zəfər gününü qeyd edəcəyik.

- 30 il... Bu illər həyatımızda film kimi gəlib keçdi. Yaşadıqlarımızdan ən çox sizi təsirləndirən nə oldu?

- 30 il... Janr olaraq bu illərin içərisində kabus, qorxu, cəsurluq, hünər qalibiyyət hər şey vardı. Bu illəri film janrına bölsək qarışıq janrlı film kimi qiymətləndirərdim.   Özümü xoşbəxt hiss edirəm ki, bu şanlı tarixdə yaşadım və bu qələbənin canlı şahidlərindənəm. Torpaqlarımız işğal olunanda çox kiçik idim. Ailəmdə, məktəbdə, ali təhsil aldığım ocaqda böyüklərimizdən 90-cı illərdə xalqımızın başına gətirilən hadisələri eşidərək böyümüşəm. Bu hadisələr əsnasında düşmənimizin kim olduğunu gördük.  Torpağın hər qarışının necə dəyərli, qiymətli olduğunu görərək, vətən həsrətini çəkdik. Bu gün geri aldığımız o torpaqlar heç də bizə asan başa gəlməyib. Onun üçün torpağın hər qarışı bizə əzizdir. Bəzən deyirlər  ki, “Siz Qarabağlı deyilsiniz, torpaqlarınızı itirməmisiniz deyə bizi anlaya bilməzsiniz”. Bu fikirlərlə razı deyiləm. Biz bu gün hamımız Qarabağlıyıq-Şuşalı, Ağdamlı, Zəngilanlı, Laçınlı, Cəbrayıllı, Xocalıdanıq. Yumruq şəklində ali baş komandanın göstərişi ilə birləşmişik. Düşmənə qarşı bir olmalıyıq. Torpağımızın ərazi bütövlüyünü geri qaytarmağa çalışırıq. Onun üçün vətən həsrətinin nə olduğunu bizdən yaxşı heç kim bilməz. Bu elə bir duyğu, sevgidir ki, təkcə ölmək üçün deyil gəzmək, yaşamaq, yaratmaq üçün insana vətən lazımdır. Bu gün bunu daha yaxşı dərk edirik. Yurda olan sevginin heç bir meyarı, ölüsü yoxdur. Vətənin sərhədi var, amma vətənə olan sevginin sərhədi yoxdur.

 Sualınıza gəlincə isə bu hadisələrdə məni ən çox təsirləndirən Çingiz Mustafayevin çəkdikləri kadrlar, köçkün yurddaşlarımızın o acı xatirələrlə bağlı yaşanmışlıqlarıdır. Bu gün Space Televiziyasında “Həyat, sevgi və göz yaşı” verilişimin qonağı 1992-ci ildə vətənindən didərgin düşmüş, 8  günlük erməni vandallarının əsarəti altında olan Dürdanə Ağayeva idi. Onun o 8 gün ərzində başına gələnlər, danışdıqları, əsir düşən Azərbaycan qadınlarının, analarının hamilə gəlinlərin azyaşlı uşaqların o günlərdə yaşadıqları məni dəhşətə gətirdi. Mən o xanımı dinlədikdə elə bildim ki, damarımda qanım donub. O danışırdı mənim üçünsə  zaman dayanmışdı. Bilmədim səhərdir, axşamdır, gözümə qaranlıq çökdü. Gözyaşlarımın içində ağrı, acı, intiqam, hər şey vardı.  Ermənilərin etdiyi bu vəhşiliyi tək Dürdanə xanıma olan qəddarlıq kimi dəyərləndirmirəm. Bunu bütün Azərbaycan qadınlarının, qızlarının, gəlinlərinin ünvanına edilmiş təhqir kimi qiymətləndirirəm. Sadəcə olaraq onların əlinə keçən Dürdanə xanım idi. Onun timsalında bu hərəkət hər bir Azərbaycan xanımına şamil olundu.  O xanıma olunan təhqir, başına açılan oyunlar hər birimizə olunub. Özümü təhqir olunmuş, döyülmüş, söyülmüş  hiss etdim. Çünki Dürdanə xanım onlar üçün bir Azərbaycan qadını idi. Məni ən çox təsirlənirən də elə bu məqamlar oldu.

Bundan başqa xalqımızın başına gətirilən  soyqırımlar, hansı ki, bu gün də o terror, soyqırım hadisələri davam etməkdədir. Düşmən o qədər qorxaq, cəsarətsiz, zavallıdır ki, həmin qətlimaları özlərinə xas mundar xislətli əməlləri bu gün də davam etdirirlər. Müharibə döyüş meydanına baş verdiyi halda, orda cəsarətsizlik göstərən düşmən sivil insanları hədəf alır. O mundarlar bu gün də öz namərd xislətindən dönmürlər. Yəni bu 30 ildə ağıllanmadılar? Nankor, insana arxadan zərbə vuran, üz-üzə döyüşməyə hünəri çatmyan insanlar bu xislətlərinə hələ də sadiqdirlər. Bir millətin bəxti o vaxt gətirər ki, onun düşməni də mərd olsun. Ən azı gücünü cəbhədə, səngərdə göstərsin. Vay halımıza ki, o qorxaq, namərd və nakişi olsun. Əfsuslar olsun ki,  bu da bizim bəxtimizə düşüb. Kişi kimi döyüşməyi də bacarmırlar. Heç olmasa bir qadın kimi döyüşəydilər. Heç qadın kimi də döyüşə bilmirlər. Döyüş cəbhədə gedir onlar uşaqları hədəf alırlar.

- Torpaqlar işğaldan azad edildikdən sonrakı proses üçün müxtəlif  təkliflər irəli sürülür. Hətta deyirlər ki, işğaldan sonra ermənilərlə qonşu olub, əvvəlki kimi yaşayacağıq.  Sizcə bu mümkündürmü?

- Üzdəniraq insanlarla birlikdə yaşamağı ağlıma belə gətirə bilmirəm. Bu mümkünsüzdür. Çünki namərd namərddir. Namərd necə dönüb mərd ola bilər? Nakişi necə dönüb kişi ola bilər? Qeyrətsiz necə qeyrətə gələ bilər? Əgər kökdə, genetikada, sadaladığım xüsusiyyətlər yoxdursa heç zaman da olmayacaq. Bu gün ağ bayraq qaldırıb, bizim qulumuz, köləmiz də olsalar bizə yenə xəyanət edəcəklər. Namərd elə namərddir. insan gərək əzəldən mərd doğulsun. Məncə bu mümkünsüzdür. Yenə də son qərarı ali baş komadanımız  verəcək. Biz öz prezidentimizin qərarlarına inanırıq,  sayqı ilə yanaşırıq. Onun bütün söylədikləri artıq aforizmlərə çevrilir. Ali baş komandanımız qeyd edir ki, “Mən nəyi, nə zaman, necə edəcəyimi bilirəm”. Əlbəttə ki, ən doğrusunu o bilir. Bizə isə onun  göstərişlərinə əməl etmək qalır.

- Sizcə  bu gün televiziyalarımızda vətənpərvər ruhda hazırlanan verilişlərimiz niyə azdır?

- Son 2 ayı nəzərə alsaq deməzdim ki, televiziyalarımızda vətənpərvər ruhda hazırlanan verilişlərimiz azdır. Bu daha öncədən belə olmalı idi. 30 illik vətən həsrəti çəkən ölkə üçün hər beş verilişdən biri bu ruhda, bu istiqamətə hazırlanmalı idi. Amma bu gün deyərdim ki, verilişlərimizin 10-dan 9-u bu ruhda və bu mövzudadır. Formatı başqa olan verilişlər belə çalışır ki, ən azı bu günlərdə vətənin keşiyində duran insanların yanında olsun.

- Aktrisalıqla aparıcılıq tamamilə fərqli sahələrdir. Aparıcı həm də media nümayəndəsi deməkdir. Belə ki, araşdırmacı olmalı, danışdığı hər bir sözün məsuliyyətini anlamalıdır. Günel Həmidova bu yöndə öz üzərində nə qədər çalışır?   

- Bir fərd olaraq çox yaxşı araşdırmacıyam. Danışdığım hər sözün ağasıyam. Dostlarım deyir ki,  “Əgər  bu sözü Günel deyirsə ki, 10 faiz doğrudur”. Çünki hər zaman faktlarla danışmışam. Bir şeyi dəqiq bilmirəmsə və o haqda məlumatlı deyiləmsə ondan danışmıram. Bu mənim insan olaraq xüsusiyyətimdir. Bir şeyə yaxından bələd olub sonra o barədə qərar verirəm və fikir mübadiləsi aparıram.  Hətta bu xüsusiyyətimə görə rəfiqələrim deyir ki, hüquq sahəsi sənin kimi bir araşdırmaçını itirib, incəsənət  səni qazanıb.  Kamil bir palançı olmağ üstünlük verirəm, nəinki yalançı  papaqçı olmağı.

- Verilişinizdə insanların iç dünyasına səyahət edirsiniz. Onların həssas dönəmlərindən bəhs edir, tamaşaçılara başqa tərəfdən tanıdırsınız. Siczə bu insanı neqativə kökləmirmi? İnsanların dərdləri və problemləri ilə yüklənmək bir qədər ağır olmalıdır. 

- Verilişimdə qonqların iç dünyasına səyahət edirik, onlarla birlikdə keçmişə dönürük. Məşhurların başqa tərəflərini tamaşaçıara tanıdırıq. Hər insanın bir  keçmişi  var. Bugn  gənclərimizin bir hissəsi yaşantılarına ailəsinə, valideyinlərinə, həyatlarına sanki üsyan edirlər. Məqsədim insanların keçmişini göstərmək  o gənclərə yalnış addım atmamaq üçün yol götərməkdir. Çünki qnaqlarımın da keçmişdə  səhvləri olub, nəticədə  bu səhv qərar onları yoxuşa aparıb. Yəni bizim başımızdan keçib, amandır sizin başınızdan keməsin. Atdığınız hər yanlış addımın sonu  belə ola bilər. Biz yanmışıq, siz yanmayın. Hər efirimiz bir insandan bəhs edən qısametrajlı  kimidir. Bir saata bir ömür sığdırırıq.  Əgər bir həyat yolu varsa o yolun   kədəri,  enişi, yoxuşu, sevinci var.  Kimsə söyləsə bilməz ki həyatı daşsız və  hamar keçib. Bu  uydurma və hekayədir. Bizim də məqsədimiz yaşananlanları dilə gətirməkdir. Təxmini hamıda ömrü hekayələri eynidir. Hər birimiz fərqli yollarla gedirik. O yollarda etdiymiz yanlışlıqlar bizi başqa istiqmaətə yönləndirir.

Qaldı ki, insanların dərdləri ilə yüklənmək  bəli ağır olur. Mənim də öz həyat yolum var, öhdəsindən gəlməkdə olduğum işlər onlarla paralel olaraq insanların dərdlərini keçmişini dinləyirsən... Verilişlərimdən sonra ağrıcıkəsici, sakitləşdirici dərmanlar qəbul edirəm. Elə verilişlərim olub ki, ndan sonra ürək dərmanı qəbul etmişəm. İnsanların dərdinə o qədər yaxından şərik ola bilirəm ki, onların dərdlərini özümünkü bilirəm. Əslində bu  xüsusiyyətimlə qürur duyuram. İnsanın acısına şərik olmaq hər insana xas deyil. Bu özünəməxsusluqdur.

Paylaş:

Ən son xəbərlər