Məzmuna keç
Pravda.az — xəbər portalı
Cəmiyyət

Çingizin Mustafayevin Xocalıda müsahibə aldığı Ləfxanım illər sonra... - VİDEO

1 903
Paylaş:
Çingizin Mustafayevin Xocalıda müsahibə aldığı Ləfxanım illər sonra... -       VİDEO

"Hamımız ayaqyalın, başıaçıq meşəyə üz tutduq. Oradan qardaşım, bacım məni kürəyində keçirirdilər. Meşədə ağappaq qarın üstü qan idi”. 

Pravda.az xəbər verir ki, 9 yaşında Xocalı faciəsinə şahidlik edən Ləfxanım Mahmudova  28 il sonra  “Xəzər” Tv-nin reportajında deyib.

“Orada – meşədə 9 gün ac-susuz gəzdik. Ağlayırdım ki, mənə çörək verin. Atam deyirdi ki, ağlama çatanda sənə çoxlu çörək alacam yeyəcəksən. Çünki uşaqlar ağlayanda səsə onlar gəlirdilər. Əsirlikdən gəldiyimiz vaxt Ağdamda vaqonlarda xəstəxanalar yaratmışdılar. Bəlkə də biz əsirlikdən gəldiyimizdən iki-üç saat keçirdi. Çingiz Mustafayev bizdən müsahibə götürdü. O torpağa ilk qədəm basanda torpaqdan öpərəm. Yəqin evimiz qalmayıb, oradan çıxanda atam arxaya baxdı, dedi evimiz yanıb”, - deyə L.Mahmudova bildirib.

Paylaş:

Ən son xəbərlər