ReAl Partiyanın sədri İlqar Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevi Şuşanın işğaldan azad edilməsi münasibətilə təbrik edib.

Pravda.az-ın xəbərinə görə, təbrikdə deyilir:


"Silahlı qüvvələrimiz tərəfindən Şuşa şəhərinin işğaldan azad olunması münasibətilə partiyamızın adından Sizi təbrik, bu milli hədəfə çatmaqdan ötrü gördüyünüz bütün işlərinizə görə Sizə dərindən təşəkkür edirik. Bu qələbə hazırda xalq olaraq apardığımız ədalətli müharibənin zəfərlə sona çatmasında ən mühüm mərhələdir. Yumruq kimi birləşmiş Azərbaycan xalqı bütün dünyaya milli varlığını, ləyaqətini, zəkasını və qətiyyətini bir daha sübut edir. Zəfərə nail olmaqdan ötrü bundan sonra da ordumuzun rəhbərliyiniz altında düşmən ordusuna qarşı atacağı addımlarına dəstəyimizi ifadə edirik".