Məzmuna keç
Pravda.az — xəbər portalı
Cəmiyyət

Nazir müavini: “Gələn il Şuşada konsert verəcəyik”

868
Paylaş:
Nazir müavini: “Gələn il Şuşada konsert verəcəyik”

“Dünən şanlı ordumuz Şuşamızı bizə qaytardı. 28 illik həsrətdən sonra Şuşa tarixi sahiblərinə qayıdıb”.

Pravda.az-ın məlumatına görə, bunu Birinci Fəxri Xiyabanda Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini icra edən Anar Kərimov bir qrup mədəniyyət və incəsənət xadimi ilə birgə Ulu Öndərin və Qarabağ - Şuşadan olan dahilərimizin məzarlarını ziyarət edərkən deyib.

Onun sözlərinə görə, dahi şəxsiyyətlərimizin ruhları şad olsun ki, artıq Şuşa azaddır:

“Əminəm ki, gələn il Şuşada konsert, Cıdır düzündə çövkən oyunu keçirəcəyik. O Cıdır düzü ki, o, mənfur düşmən tərəfindən murdarlanmışdı”.

Paylaş:

Ən son xəbərlər