Məzmuna keç
Pravda.az — xəbər portalı
Cəmiyyət

“Şuşa alınan günü Azərbaycanın 10 milyon əhalisi təzədən doğuldu”

1 070
Paylaş:
“Şuşa alınan günü Azərbaycanın 10 milyon əhalisi təzədən doğuldu”

“Elə bilirəm ki, mən tək deyiləm, Şuşa alınan günü Azərbaycanın 10 milyon əhalisi təzədən doğuldu və biz 20 milyon olduq”

Bunu yazıçı Seyran Səxavət deyib. Yazıçı Şuşa alınan gün bir daha doğulduğunu bildirib:

“Qarabağsız Azərbayca  bir heçdir, Şuşasız da Qarabağ bir heçdir. Bunu mən sizə öz hiss etdiyim kimi izah edim. Sentyabrın 27-də müharibə başlayandan sonra Füzulinin bir neçə kəndi işğaldan azad edildi. Təsəvvür edin ki, onda sanki mənim 1988-ci ildə rəhmətə getmiş anamın doğuşqabağı ağrıları başladı, bu ağrılar davam etdi və dünən Şuşa işğaldan azad edilən gün dünyada olmayan rəhmətlik anam məni dünyaya gətirdi, yəni mən doğuldum. Mənim doğum günüm Şuşanın işğaldan azad edilən gündür. Elə bilirəm ki, mən tək deyiləm, Şuşa alınan günü Azərbaycanın 10 milyon əhalisi təzədən doğuldu və biz 20 milyon olduq”.Moderator

Paylaş:

Ən son xəbərlər