Məzmuna keç
Pravda.az — xəbər portalı
Cəmiyyət

FHN işğaldan azad olunmuş ərazilərdə fəaliyyətə başladı

739
Paylaş:
FHN işğaldan azad olunmuş ərazilərdə fəaliyyətə başladı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) işğaldan azad edilmiş ərazilərimizdə müvafiq strukturlarının təşkilinə başlayıb.

Nazirlikdən Pravda.az-a verilən məlumata görə, artıq FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Füzuli rayon Dövlət Yanğından Mühafizə Hissəsi Füzuli şəhərində fəaliyyətə başlayıb.

Həmçinin Xocavənd rayonunun Hadrut qəsəbəsində FHN DYMX-nin yerli strukturunun xidməti təşkil olunub.

Hər iki məntəqə xidmətin yüksək səviyyədə həyata keçirilməsi üçün müvafiq texnika və avadanlıqlarla təchiz edilib.

Paylaş:

Ən son xəbərlər