"Azərbaycan Xarici İşlər Nazirliyi and içsə də ki, Türkiyə-Azərbaycan sərhədində Rusiyaya məxsus helikopteri biz vurmuşuq, buna inanmağım gəlmir. Azərbaycanın bunu etməyə heç bir səbəbi yox idi. Paşinyanın etməsi ehtimalı çox daha yüksəkdir, xüsusilə Şuşanı itirəndən sonra".
Pravda.az-ın xəbərinə görə, ReAl Partiyanın sədri İlqar Məmmədov deyib.
İ.Məmmədov bildirib ki, Paşinyan davamlı olaraq Rusiyanı müharibəyə gətirmək istəyir, amma alınmır və bu cür axırıncı yola əl atır: "Odur ki, məncə, rəsmi Bakının "biz vurmuşuq" kimi "etirafı" inandırıcı deyil və məsələnin gərginləşməsinin qarşısını almaq məqsədini güdən prinsipcə düzgün addımdır".
İlqar Məmmədov: "Paşinyan bu cür axırıncı yola əl atır"