BURADA REKLAMINIZ OLA
BİLƏR

İlk Şəbnəm Tapdıq: “Ayaqlarını yuyurdum, iyrənmirdim”

Müğənni ilk Şəbnəm Tapdıq "Bizimləsən" proqramına qonaq olub.

 

Pravda.az xəbər verir ki, sənətçi dünyasını dəyişən atası, şair İlyas Tapdıqdan bəhs edib. O bildirib ki, ətrafındakılar ona atasını qocalar evinə qoymağı məsləhət görüb:

 

"Anam 8 il əvvəl dünyasını dəyişdi. Atam ağladı ki, mənə kim baxacaq? Dedim, ölməmişəm, özüm. Ailəli olsam da, atama baxardım. Ayaqlarına kimi yuyurdum, iyrənmirdim. Mənə deyirdilər ki, atanı apar qoy qocalar evinə, baxıcı tut, onun ayağını yusunlar. Həmin insanlara ayıb olsun, qurban olum atamın ayağının suyuna. Necə belə vicdansız olmaq olar?".(Axşam.az)

Tarix: 13 Noyabr 2019, 13:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin