Biz işğalçı və vandal Ermənistan üzərində zəfər qazandıq. Olduqca şərəfli günlərimizi yaşamaqdayıq. Bu qələbə münasibətilə Uca Xalqımızı, möhtərəm, cənab prezident, Ali Baş Komandan İlham Əliyevi, igid və qəhrəman silahlı qüvvələrimizi, millət vəkillərini qəlbən təbrik edirəm.
200 ildən bəri himayəçilərinin hərtərəfli köməyi və dəstəyilə üzərimizə gələn, tarixi torpaqlarımızda saxta, kökü, əsası olmayan dövlət yaradıb xalqımıza qarşı qırğınlar törədən ermənilər nəhayət layiq olduqları cavabı aldı, ədalət təntənə çaldı. Bu mühairbə həm də millətimizin qan yaddaşının, genetik kodunun, 1905 – 1907, 1918 – 1920, 1946 – 1952, 1988 – 2020-ci illərdə erməni cəlladlarının xalqımıza qarşı törətdikləri çoxsaylı soyqırımların, qətlə yetirilən on minlərlə günahsız soydaşımızın, vəhşicəsinə dağıdılan yaşayış məskənlərimizin intiqam savaşı idi. Torpaqlarımızı işğaldan azad etməklə bərabər, əyilən qəddimizi düzəldən, zədələnən qürurumuzu özümüzə qayratan Ali Baş Komandanımıza, igid əsgər və zabitlərimizə dərin təşəkkürümü bildirir, şəhidlərimizin ruhu qarşısında baş əyirəm.
Bizimlə hər zaman bir yerdə olan qardaş Türk xalqına, çox hörmətli, prezident Rəcəb Tayyib Ərdoğana və Türkiyə rəsmilərinə əvəzsiz dəstəyə görə təşəkkür edirəm.
Bu tarixi qələbəni şərtləndirən başlıca amil xalqımızın dəmir iradəsinə söykənən Ali Baş Komandan, cənab İlham Əliyevin qətiyyəti, təkrarolunmaz istedadı, peşəkarlığı və 17 il zaman kəsiyində formalaşdırdığı qəhrəman ordumuzun vətənpərvərliyi və yüksək döyüş qabiliyyətidi.