“Hərbi-nəqliyyat aviasiyası 3 gün ərzində Dağlıq Qarabağa 1100 nəfərdən çox rusiyalı sülhməramlı aparıb”.
Pravda.az xəbər verir ki, bunu Rusiyanın Müdafiə naziri, ordu generalı Sergey Şoyqu Prezident Vladimir Putinin Dağlıq Qarabağda humanitar məsələlərlə bağlı keçirdiyi onlayn görüşündə deyib:
“Üç sutka ərzində 73 təyyarə reysi həyata keçirilib, 1 103 hərbçi, 168 texniki vasitə daşınıb. Rusiya Aerokosmik Qüvvələrinin hərbi nəqliyyat aviasiyası tərəfindən texnika və materialların daşınması “sutka ərzində 25 uçuş” göstəricisi ilə davam etdirilir”.