“Bəzi özlərini siyasətçi, analitik adlandırıb hamıya ağıl verənlərə düşünmək üçün bircə məqamı açıqlayıram. Bu gün hamı deyir ki, gərək müharibəni dayandırmayıb Qarabağı son erməni tərk edənə qədər davam edəydik. Özü də bu fikri tək sıravi vətəndaşlar yox, ictimai fikri yönləndirməyə iddialı olan, özünü dünya çaplı siyasətçi sayan və gələcəyimizi Qərbdə görənlər də yürüdürdülər. Qəbul edək ki, sizin ağıllı məsləhəti Prezident İlham Əliyev qəbul etdi, Rusiyanı regionda heç kim saydı, bütün Qarabağı ermənilərdən təmizlədi və Azərbaycan ərazisində bir nəfər də erməni qalmadı. Bundan sonra nə baş verəcəyini isə mən açıqlayım. Onsuz da ermənilər yüz ildir "türklər bizi qırır, erməni genosidi baş verir" fikrinə çoxlarını inandırıblar. Müharibə başlayan ilk gündən də Qarabağda “erməni genosidi”, “etnik təmizləmə” baş verir fikrini tirajlayırdılar və bu fikri demək olar ki, bütün Qərb qəbul edib hər gün ölkə rəhbərliyinə təzyiq edirdi. Elə müharibə dövründə Azərbaycana qarşı irəli sürülən iqtisadi, siyasi qətnamələrin qarşısını ancaq İngiltərə ilə münasibətlərə görə aldıq.
İndi təsəvvür edin ki, erməni sevdalısı Bayden vəzifəsinin icrasına başlayana qədər bütün dünya ermənilərin bir nəfərə kimi hamısının Qarabağdan qovulduğunu yazır. Artıq etnik təmizləmə olduğunu inkar da etmək olmaz, Bayden vəzifəsinin icrasına başlayır və Azərbaycana qarşı iqtisadi, siyasi sanksiyalar məsələsi yenidən gündəmə gəlir. Ancaq ağlı başında olmayanlar bu mənzərədə bütün sanksiyaların Azərbaycana tətbiq ediləcəyinə inanmaya bilər”.