Düşmən bir neçə gündür ki, tərk etməli olduğu rayonlarımızda – xüsusilə də, Ağdam və Kəlbəcərdə yanğınlar törətməkdə, evlərə və yardımçı təəsrrüfatlara od vurmaqdadır.

 

Ermənilərin bütün digər cinayətləri kimi son günlər törətdikləri cinayətlərin də beynəlxalq müstəvidə ifşa edilməsi, onların vəhşiliyinin bir kəs daha bəşəriyyətin diqqətinə çatdırılması baxımından faydalı ola bilərmi?

 

Pravda.az xəbər verir ki, millət vəkili Cavid Osmanov, ermənilərin öz vəhşilikləri ilə faşizmi belə arxada qoyduğunu vurğulayıb: “Azərbaycanın tam qələbəsini, ərazilərimizin tam bərpasını həzm edə bilməyən erməni vəhşiləri üçtərəfli bəyanata müvafiq olaraq 15-20 noyabr və 1 dekabr tarixinə kimi Ağdam, Kəlbəcər və Laçın rayonlarını tərk etməlidir. Azərbaycan bu məsələdə yenə nümunəvi bir addım atdı və ermənilərə vaxt verdi ki, bu əraziləri tərk etsinlər. 90-cı illərin əvvəllərinə nəzər salsaq, görərik ki, Azərbaycanın əzəli torpaqları ermənilər tərəfindən  işğal edilən zaman orada heç də azərbyacanlılara belə bir imkan verilmirdi. Hətta xalqımıza qarşı genosidlər, soyqırımları təşkil olundu. Bunun ən bariz nümunəsi Xocalı soyqırımıdır.

Ermənistan Azərbaycanın qələbəsini həzm edə bilmir. Bu ölkə yalnız döyüş meydanında deyil, diplomatik müstəvidə də məğlubiyyətə uğradı. Buna görə də hər sahədə imkan düşən kimi öz barbarlıqlarını göstərirlər. Azərbaycanlılara məxsus evləri yandıraraq bu əraziləri tərk edirlər. Orada qapı və pəncərələri, dam örtüklərini, hətta unitazları belə söküb aparır, aparılması, daşınması mümkün olmayanları isə yandırırlar. Sosial şəbəkələrdə bunula bağlı foto və video materiallara rast gəlinir.


Ermənilər hətta meşələri də yandırır. Hansı ki, bu, həm də ekoloji bir cinayətdir. Bu, erməni vandallığı, erməni barbarlığının təzhürüdür. Ermənistan öz vəhşilikləri ilə dünya leksikonuna yeni bir termin gətirməkdədir. II Dünya Müharibəsindən bu günə qədər biz hər bir vəhşiliyi faşizm adlandırırdıq. Indi ermənilər öz vəhşiliyi ilə faşizmi də üstələyir, dünya leksikonuna “ermənizm vandallığı” gətirirlər. Onlar öz vəhşilikləri ilə nümayiş etdirirlər ki, köçəri kütlə olaraq nə qədər vəhşi, nə qədər insaniyyətdən kənar kütlədirlər.


Əlbəttə ki, bunu bütün dünya şahid olmaqdadır. BBC-nin hazırladığı materiallarda da biz bu həqiqətlərə şahid olduq. Digər beynəlxalq media vasitələri də erməni vandallığından reportajlar verməkdədir.

İşğal altıdnakı torpaqlar azad edildikcə, görürdük ki, işğalçılar orada daşı daş üstündə qoymayıb. Bunun nümunəsi kimi Füzulini, Zəngilanı və s. göstərmək olar. Bu ərazilərdə də ermənilə öz barbarlıq izlərini qoyublar.

Təəsüflər olsun ki, beynəlxalq aləmdə bəzi dairələr hələ də baş verənlərə susqunluqla tamaşa etməkdədir. Halbuki, ortada insan haqları tapdanmaqdadır. Çünki o evlər azərbaycanlılara məxsusdur. Kəlbəcərdə ermənilər yaşamayıb. Erməni icması yalnız Qarabağın dağlıq hissəsində yaşayıb və onların sayı azərbaycanlılardan qat-qat az olub. Hansı ki, həmin ermənilər də bura sonradan köçürülüblər. Onlar hər zaman tarixi Azərbaycan torpaqlarında yaşayıblar. Ermənilərin yandırdığı evlərin hamısı vaxtiylə azərbaycanlılara məxsus evlər olub. Bütün Qarabağ Azəbaycanın əzəli torpağıdır.

Artıq bu vəhşiliklə bağlı ölkəmizin hüquq-mühafizə orqanları da məlumat paylaşıb. Azərbaycan diplomatiyası da bunu beynəlxalq təşkilatlara çatdırmaq üçün müvafiq işlər aparır. Ermənilər öz vəhşilikləri ilə bütün dünyaya göstərirlər ki, erməni vəhşiliyi bütün vəhşiliklərin ən pik nöqtəsidir”.Moderator.az