“Qələbə günümüz 10 noyabr deyil, qələbə günümüz 8 Noyabr Şuşanın işğaldan azad edilməsi günüdür”.
"Şuşanın xilaskarı" adlanan medal təsis edilsin - TƏKLİF
Pravda.az-ın xəbərinə görə, bunu Müsavat Partiyasının başqanı Arif Hacılı deyib.
A.Hacılı qələbə ilə bağlı təkliflər irəli sürüb: “Təklif edirəm ki, 8 noyabr, Şuşanın işğaldan azad olunması günü, Qələbə Günü elan edilsin. Bu tarixi hadisənin şərəfinə Bakı şəhərinin mərkəzi yollarının birinin üzərində "Zəfər tağı" ucaldılsın. "Şuşanın işğaldan azad edilməsinə görə" və ya "Şuşanın xilaskarı" adlı medal təsis olunsun. Şuşa uğrunda döyüşlərdə bilavasitə iştirak etmiş əsgərdən generaladək hər kəs bu medalla təltif edilsin. Bakının mərkəzi parklarından birində II Qarabağ müharibəsinin şəhidlərini yad etmək üçün "Xatirə Momerialı" yaradılsın. 44 günlük müharibədə həlak olmuş hər bir şəhidimizin adı-soyadı və haqqında əlavə məlumatlar həmin momerialda qeyd edilsin”.