Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

İlham Əliyev: “Azərbaycana qaytarılan ərazilərdə yerləşən xristian məbədləri dövlət tərəfindən lazımi qaydada mühafizə olunacaq”

1 587
Paylaş:
İlham Əliyev: “Azərbaycana qaytarılan ərazilərdə yerləşən xristian məbədləri dövlət tərəfindən lazımi qaydada mühafizə olunacaq”

Azərbaycan çoxmillətli və çoxkonfessiyalı dövlətdir, burada bütün xalqların və bütün dinlərin nümayəndələrinin hüquq və azadlıqları tam təmin edilib.

Pravda.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı deyib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan ərazisində yerləşən qədim müsəlman və xristian ibadətgahları dövlət tərəfindən mühafizə olunur.

Prezident bildirib ki, üçtərəfli bəyanata müvafiq olaraq Azərbaycana qaytarılan ərazilərdə yerləşən xristian məbədləri dövlət tərəfindən lazımi qaydada mühafizə olunacaq. Azərbaycanda yaşayan xristianlar bu məbədlərdən istifadə edə biləcəklər.

Paylaş:

Ən son xəbərlər