Milli Məclisin sabiq deputatı Qalib Salahzadənin oğlu, Sabunçu Rayon İcra Hakimiyyətinin İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əliabbas Salahzadə 2020-ci ilin fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək.
Şeyxin qudasının oğlu da namizədliyini irəli sürdü
Pravda.az-ın xəbərinə görə, Ə.Salahzadə namizədliyini hakim Yeni Azərbaycan Partiyasının (YAP) təşəbbüsü ilə 27 saylı Sabunçu ikinci seçki dairəsindən irəli sürüb.
Qeyd: Qalib Salahzadə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin qudasıdır.