Kəlbəcərin təhvili üçün Ermənistana əlavə 10 gün vaxt verməsi Azərbaycanın humanizminin daha bir sübutudur. Bu addım həm də Azərbaycanın kifayət qədər pozitiv olan imicini daha da gücləndirir. Bunun əksinə olaraq, ermənilərin Kəlbəcərdə törətdikləri vandallıqlar isə yenə də sərhəd tanımır.
Ermənistan Rusiyanın vasitəsilə Kəlbəcəri təhvil vermək üçün Azərbaycandan əlavə 10 gün vaxt istəyib. Azərbaycan da hər zamankı kimi humanizm nümayiş etdirərək güzəştə gedib. Millət vəkili Elşad Mirbəşir deyir ki, Azərbaycanın əlavə 10 gün vaxt verməsi həm Rusiyanın vasitəçiliyinə hörmətdir, həm də özünün kifayət qədər pozitiv olan imicini daha da gücləndirir.