Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti, V çağırış Milli Məclisin deputatı Rövnəq Abdullayev də 2020-ci ilin fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etməyəcək.
Pravda.az-ın xəbərinə görə, hakim Yeni Azərbaycan Partiyası (YAP) R.Abdullayevin namizədliyini irəli sürməyib.