V çağırış Milli Məclisin deputatı Tahir Mirkişili namizədliyini növbəti dəfə irəli sürdüyünə görə hakim Yeni Azərbaycan Partiyasının rəhbərliyinə təşəkkürünü bildirib.
Tahir Mirkişili: “Etimadı doğrultmağa çalışacayıq”
Pravda.az-ın xəbərinə görə, T.Mirkişili bildirib ki, namizədliyi 42 saylı Sumqayıt ikinci seçki dairəsindən irəli sürülüb: “Seçildiyimiz təqdirdə fəaliyyətimiz ilə seçicilərin və partiya rəhbərliyinin etimadını doğrultmağa çalışacayıq! Hər şey Sumqayıt üçün! Hər birimiz Azərbaycan üçün!”
Qeyd: Azərbaycanda 2020-ci ilin fevralın 9-da növbədənkənar parlament seçkiləri keçiriləcək.