Məzmuna keç
Pravda.az — xəbər portalı
Parlament

Xaricdə 2 milyon manatlıq mülk alan şirkət rəhbəri deputatlığa namizəd oldu - FOTO

1 985
Paylaş:
Xaricdə 2 milyon manatlıq mülk alan şirkət rəhbəri deputatlığa namizəd oldu -   FOTO

Hakim Yeni Azərbaycan Partiyası 2020-ci ilin fevralın 9-da keçiriləcək parlament seçkilərində 70 saylı Masallı şəhər seçki dairəsindən Məmmədov Məşhur Şahbaz oğlunun namizədliyini irəli sürüb.

Pravda.az-ın xəbərinə görə, M. Məmmədov "Embawood” şirkətinin rəhbəridir.

Qeyd: Hazırda həmin dairənin deputatı Nəriman Əliyevdir.

Xatırlatma: Araşdırmaçı jurnalist Cavanşir Həsənli M. Məmmədovun xaricdəki mülkü ilə bağlı araşdırma aparıb. C. Həsənli bildirib ki, "Embawood” mebel şirkətinin rəhbəri Məmmədov Məşhur Şahbaz oğlu iki il əvvəl Şərqi Amerikada villa alıb. Masallıdan olan məşhur işadamı əmlaka 1 140 000.00 dollar ödəyib. Villa Nyu-York yaxınlığında RIVERDALE 335, Lot in Fort Lee-də yerləşir. Villanın illik dövlət vergisi 26,374.15 dollar təşkil edir.

Paylaş:

Ən son xəbərlər