BURADA REKLAMINIZ OLA
BİLƏR

Uşağa görə müavinət 500 manat olsun - DEPUTATDAN TƏKLİF

“Azərbaycanda yenidoğulan uşağa görə birdəfəlik müavinətin məbləği 105 manatdan 200 manata qaldırılsa da, yenidoğulan uşağın xərcləri bundan 10 dəfə artıqdır”.

 

Pravda.az xəbər verir ki, bunu deputat Əli Məsimli deyib.

 

Deputat təklif edib ki, bu rəqəm 200 yox 500 manat olsun: “Bəlkə bu uşaq pulu verilməsi məsələsinin həllinə səbəb olar. Əvvəlki hesablamada bu işə 16 milyon manat lazım idisə, təklif etdiyim variantda isə 40 milyon manat vəsait gərəkdir. Büdcəsinin xərcləri 27 milyard manata çatan ölkə üçün ortadakı fərq elə də çox deyil. Bu həm də yenidoğulanların sağlamlığı baxımından da vacib addımdır”.

Tarix: 13 Noyabr 2019, 16:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin