BURADA REKLAMINIZ OLA
BİLƏR

"Hazırda ölkədəki təkrar yoluxma halları ilə bağlı..." - Hande Harmancı

COVİD-19-a təkrar yoluxma halı mümkün olsa da, bu, indiyə qədər nadir hallarda müşahidə edilib.

 

Pravda.az-ın xəbərinə görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.

 

Onun sözlərinə görə, təkrar yoluxma halları ilə bağlı ÜST-ə məlumat daxil olub:

 

"İmmunitetin virusa reaksiyası ilə bağlı əlimizdə olan məlumatlara görə, virusa yoluxanların əksəriyyətində yoluxmadan bir neçə həftə ərzində infeksiyaya qarşı immun sistemi aktivləşir. Biz hələ də bu antikorların orqanizmdə nə qədər qalacağını bilmirik. Əldə olan məlumatlar bu halın bir neçə ay davam etdiyini göstərir. Bu, yeni bir xəstəlik olduğu üçün araşdırmalar davam edir. Hazırda ölkədəki təkrar yoluxma halları ilə bağlı əlimizdə müvafiq statistika yoxdur".Trend

Tarix: 18 Noyabr 2020, 20:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin