“Bir çox ölkələrdə, məsələn, Rusiyada, Avropa dövlətlərində təqaüdçülər ictimai nəqliyyatdan pulsuz istifadə edirlər. Gələn ilin büdcəsində müxtəlif növ kateqoriyalı insanlar üçün bir sıra sosial güzəştlər və imtiyazlar nəzərdə tutulubdur. Lakin yaşlı vətəndaşlarımız üçün demək olar ki, təqaüddən başqa əlavə gəlir yoxdur. Əgər biz gələn il təqaüdçülərə ictimai nəqliyyat növlərini pulsuz etsək, bu, yeni ildə onlar üçün ən yaxşı hədiyyə olardı”.
Pravda.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Elmira Axundova deyib.