"Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev adının Yeni Azərbaycan Partiyasının deputat siyahısına salınmamasına münasibət bildirib.
Pravda.az-ın xəbərinə görə, B.Quliyev YAP-ın bu qərarına hörmətlə yanaşdığını deyib:
"Əziz dostlar, mənim adımın Yeni Azərbaycan Partiyasının Parlament seçkilərində namizədlərinin siyahısına salınmamasına görə, çoxsaylı dostlarım narahatçılıqlarını ifadə edirlər. Bu anlaşılandır ki, dostlarım, tanışlarım mənim illərlə xidmətimin, zəhmətimin müqabilində Milli Məclisdə təmsil olunmaq haqqımın olduğunu dilə gətirirlər. Buna görə hər kəsə minnətdaram və təşəkkür edirəm ki, məni Parlamentə layiq görüb narahat olmusunuz.