ABŞ-ın "Consumer Reports" nəşrinin versiyasına görə "Mazda" ən etibarlı avtomobillərin reytinqində birinci olub.
Pravda.az xəbər verir ki, siyahı avtomobil istehsalçılarının bütün modellərinin etibarlılıqları nəzərə alınaraq təşkil edilib.
Tədqiqatın gedişatında 2000-2020 buraxılış ilinə malik 330 min avtomobilin sahibinin rəyi soruşulub. Respondentlərdən həmçinin son 1 il ərzində avtomobillərlə bağlı problemlər haqqında rəy öyrənilib. Ballar avtomobillərin markalarına alınmış cavablar əsasında verilib.