“Qadınlarımız ordusunun, əsgərinin, Ali Baş Komandanının arxasında durdu”

“Azərbaycan qadını düşmənin qarşısında başıdik, onuruyla, şərəfiylə, vətəndaşlıq borcuyla durdu, çünki içində bu qələbəyə böyük bir inam var idi”

 

Bunu Azəri-Türk Qadınları Birliyinin sədri Tənzilə Rüstəmxanlı deyib. Qurum sədri şəhid həyat yoldaşının tabutunu çiynində götürərək son mənzilə yola salan qadınlarımızın cəsarətindən danışıb:

 

“Bu millətin qadını Birinci Qarabağ müharibəsində torpaq itkisini, şəhidlərimizin qanını yerdə qaldığını bilirdi. Bizim düşmən əlinə keçməsin deyə özünü qayalardan atan qadınlarımız olub. Bütün bunlar unudulmadı, indiki gənc nəsil də Qarabağ savaşındakı itkilərimizi, yaşadığımız acıları unutmadı. Ona görə də bu millətin yaddaşında bir qan yaddaşı var və o bu millətin qadınına onu unutdurmadı. Adətən bütün savaşlarda ən çox zərər görən, acı çəkən qadınlar və uşaqlar olur. Həmçinin bizim qadınlar da bu ağrını yaşayıblar. Bu millət torpağının, təhqir olunmuş qürurunun qayıdacağı günü gözləyirdi və ən acı formasını millətin qadını yaşayırdı. Ona görə də qadınlarımızın səsi çıxmadı, evinə şəhid gələn ana belə vətən sağ olsun, dedi. Həyat yoldaşının tabutunu çiynində aparan da bu millətin qadınlarıdır. Azərbaycan qadını düşmənin qarşısında başıdik, onuruyla, şərəfiylə, vətəndaşlıq borcuyla durdu, çünki içində bu qələbəyə böyük bir inam var idi. Qadınlarımız ordusunun, əsgərinin, Ali Baş Komandanının arxasında durdu. Mən qadınlarımızın bu hərəkətinə heç də təəccüblənmədim, çünki illərdir ki, mən bu millətin qadınını belə görmüşdüm və bir daha fəxr etdim, qürur duydum. Bu müharibədə bizim qadınlarımızın hamısı düşmənlə savaşdı. Yəni əsgər və zabitlərimiz ön, ana və bacılarımız isə arxa cəbhədə savaşdı. Ona görə biz qürur duya biləcək bir millətin övladlarıyıq və bizim anamız hər zaman baş tacımızdır”.Moderator

Tarix: 21 Noyabr 2020, 15:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin